Keçid linkləri

2017, 24 Avqust, Cümə axşamı, Bakı vaxtı 09:03

7 dini təhsil müəssisəsi qeydiyyata alınıb


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi.

Bu gün, martın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bir sıra dini təhsil müəssisələrinə dövlət qeydiyyatı haqqında şəhadətnamələri təqdim edib.

Komitə sədri Mübariz Qurbanlı deyib ki, Azərbaycanda dini ayinləri yalnız ölkədə təhsil almış din xadimləri həyata keçirə bilər. Buna görə dini və dünyəvi biliklərə malik peşəkar kadrların hazırlanmasına ehtiyac var.

Buna da bax:​ Ölkədə 749 dini icma qeydiyyata alınıb

Qeydiyyat şəhadətnamələri Zaqatala İslam Kollecinin, Gəncə İslam Kollecinin, Quba İslam Kollecinin, "Heydər" İslam Kollecinin, Nardaran İslam Kollecinin və Bibiheybət İslam Kollecinin rəhbərlərinə təqdim olunub.

Kolleclər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tabeçiliyindədir.

Amma nə QMİ-dən, nə də Dövlət Komitəsindən bu kolleclərin nə vaxt fəaliyyətə başlayacağı, orada neçə nəfərin təhsil alacağı, tələbə qəbulunun necə həyata keçiriləcəyi barədə məlumat ala bilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG