Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:07

Trump "müsəlman qadağanının redaktə edilmiş" fərmanını imzalayıb


Donald Trump
Donald Trump

ABŞ prezidenti Donald Trumpun martın 6-da immiqrasiya ilə bağlı yeni fərman imzalayıb.

Xəbər verilir ki İraqın adı yeni fərmanda qadağa qoyulan 7 ölkə arasında yoxdur.

Bundan başqa məlumata görə, yeni fərman əvvəlkindən fərqli olaraq ABŞ-da daimi yaşayış icazəsi olan şəxslərə aid edilmir.

Ağ evin sözçüsü Sarah Huckabee Sanders deyib ki, yeni fərman martın 16-dan qüvvəyə minəcək.

Qeyd edək ki, ABŞ-ın Federal məhkəməsi prezidentin immiqrasiya ilə bağlı əvvəlki fərmanını əngəlləmişdi.

Yanavarda qəbul edilmiş həmin fərmanda İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının ölkəyə gəlişinin müvəqqəti qadağan edilməsi nəzərdə tutulurdu.

Amma yeni sənəddə yenə də İran, Suriya, Sudan,Yəmən, Liviya və Somali vətəndaşlarının ölkəyə gəlişi müvəqqəti 90 günlük qadağan edilir.

Bununla belə, qadağan bu 6 ölkədən ilkin və etibarlı vizaları olanlara şamil edilmir.

Lakin ABŞ qaçqın proqramını 120 gün müddətində dayandıran müddəa redaktə edilmiş versiyada da saxlanıb.

İraq razılıq edir

İraq bu ölkənin adının ABŞ səfər qadağınından çıxarılmasını alqışlayıb və bildirib ki, bu, ABŞ və İraq qüvvələrinin İslam Dövləti adlanan təşkilatla döyüşdüyü bir vaxtda “pozitiv mesajdır”.

Associated Press və Reuters xəbər verirlər ki, İraq qadağan siyahısından ABŞ Dövlət Departamenti və Pentaqonun təzyiqi ilə çıxarılıb.

Bu iki təsisat hesab edirdilər ki, qadağan hazırda İraqın şimalındakı Mosul şəhəri uğrunda döyüşlərin getdiyi bir vaxtda iki ölkə arasında hərbi-siyasi əməkdaşlığa əngəl törədə bilər.

İraq hökumətinin sözçüsü Saad al-Hadithi martın 6-da verdiyi bəyanatda deyib ki, fərmana düzəliş edilməsi ABŞ və İraq arasında “həqiqi partnyorluğun” mövcudluğundan xəbər verir.

İraq Xarici İşlər Nazirliyinin sözçüsü isə deyib ki, fərmanın redaktə edilməsi Bağdad və Vaşinqton arasında strateji müttəfiqliyi möhkəmləndirib”.

Fərmanın əvvəlki variantı İraq hökumətini və iraqlıları qəzəbləndirmiş, hətta İraq parlamenti ABŞ vətəndaşlarının ölkəyə gəlişinə qadağan qoyulması məsələsini müzakirə etmişdi.

Lakin o vaxt İraqın baş naziri Haider al-Abadi belə tədbirlərin görülməsindən imtina etmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG