Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 17:44

Qəbələdə fermerlərin etirazı


Foto arxiv

Bu gün, martın 6-sı səhər Qəbələ rayon İcra Hakimiyyətinin binası önündə bir qrup fermerin aksiya keçirdiyi bildirilir.

Verilən məlumata görə, heyvandarlıqla məşğul olan fermerlər torpaqların əllərindən alınmasına etiraz ediblər. Onlar deyiblər ki, «Çüdülü» deyilən ərazidə qışlaq yerləri var. Onlar həmin torpaqları uzun müddətə icarəyə götürüblər. İndi bu torpaqları əllərindən alırlar.

Ancaq Qəbələ rayon İcra Hakimiyyətindən aksiya olması ilə bağlı deyilənləri təkzib ediblər. İcra hakimiyyətindən fermerlərin şikayətinə münasibət bildirilməyib.

Bir müddət öncə Şamaxı rayonundan olan bir qrup fermer də eyni şikayətlə Bakıya Prezident Administrasiyasına gəlmişdilər. Ancaq onları qəbul edən olmamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG