Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 19:01

Qubada 23 nəfər saxlanıb


Polis

Qubada polisin əməliyyat keçirdiyi bildirilir.

Quba Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayon sakini Tehran Əmiraslanovun yaşadığı evdə əməliyyat həyata keçirilib. Əməliyyat zamanı T.Əmiraslanovun qadağan olunmuş dini təriqətlərdən birinin təbliği ilə əlaqədar evində yığıncaq təşkil etdiyi iddia edilir. Evə baxış zamanı oradan 54 ədəd dini kitab və 16 ədəd audio kaset aşkar edilərək götürüldüyü bildirilir.

Xəbərdə deyilir ki, ev sahibi və yığıncaqda iştirak edən 22 nəfər saxlanaraq barələrində tədbir görülüb. Ancaq bu tədbirin nə olduğu açıqlanmır. Onların buraxılıb-buraxılmadığı da bildirilmir.

Məsələyə, hələlik, saxlanan şəxslərin və ya onların yaxınlarının mövqeyini öyrənmək mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG