Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti martın 6-dan 7-nə kimi Rusiyada səfərdə olacaq.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Səfər çərçivəsində E.Məmmədyarov Rusiya xarici işlər naziri Sergei Lavrov-la görüşəcək. Görüşdən sonra hər iki nazirin mətbuat konfransı keçirəcəyi bildirilir.
Bundan əlavə, E.Məmmədyarovun Rusiya hökuməti sədrinin müavini Dmitry Rogozin-lə də görüşü nəzərdə tutulur.
Eyni zamanda, E.Məmmədyarovun Rusiya Federasiyası Şurasının sədr müavini Ilyas Umakhanov-la da görüşü planlaşdırılır.
Matın 7-də Rusiya-Azərbaycan diplomatik əlaqələrinin qurulmasına həsr olunan sərgi nümayiş etdiriləcək.
Verilən xəbərlərə görə, E.Məmmədyarov Rusiya Xarici İşlər Nazirliyinin Akademiyasında Azərbaycan xarici siyasəti ilə bağlı məruzə söyləyəcək.