Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:56

FBI Trump-ın ittihamlarının müzakirəsini tələb edir


D.Trump

ABŞ-ın Federal Tədqiqatlar Bürosu (FBI) Baş Prokurorluğa müraciət göndərib, prezident Donald Trump-ın ittihamlarının müzakirəyə çıxarılmasını istəyib.

D.Trump özündən qabaqkı prezident Barack Obama-nın onun telefon danışıqlarının lentə alınması barədə göstəriş verdiyini söyləyir. Bu isə FBI-ın qanunları pozması deməkdir.

«The New York Times»ın yazdığına görə, FBI-ın direktoru James Comey Baş Prokurorluğa müraciət edərək, bu «saxta» ittihamın müzakirə olunmasını tələb edib. «The Associated Press» agentliyi isə prokurorluğun FBI-ın sorğusunu rədd etdiyini yazır.

Mətbuatın yazdıqlarına nə FBI, nə də prokurorluq münasibət bildirir.

Ağ evin dünən—martın 5-də yaydığı məlumatda deyilir ki, D.Trump Konqresə müraciət edərək B.Obama administrasiyasının səlahiyyətlərindən sui-istifadə edib-etmədiyinin araşdırılmasını istəyib. D.Trump-ın iddiasına görə, əvvəlki administrasiya seçki kampaniyası zamanı onun Nyu-Yorkdakı ofisindən aparılan telefon danışıqlarını lentə aldırıb.

B.Obama-nın sözçüsü ittihamların saxta olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG