Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 16:23

Salvador Dali'nin küsülü olduğu bacısına çəkdiyi portret hərracda satılıb


Salvador Dalinin (1904-1989) "Profilən fiqur" əsəri.

Məşhur ispan rəssamı Salvador Dali'nin "Profildən fiqur" əsəri Londonun "Bohams" hərrac evində 1,8 milyon funt sterlinqə satılıb. Bu haqda hərrac evinin saytında məlumat verilir.

Saytda rəsm haqda verilən məlumatda onun maraqlı tarixçəsi qeyd olunub. Belə ki, əsər 1925-ci ildə çəkilib. Dali rəsmdə doğma bacısı Ana Mariyanı əks etdirib. Ancaq rəssam bu əsərini bacısı ilə münasibəti tamam korlandıqdan xeyli əvvəl çəkib və ona hədiyyə edibmiş. Belə ki, Dali 1942-ci ildə "Salvador Dali'nin sirli həyatı" adlı avtobioqrafiyasını çap etddirib və ordakı bəzi məqamlar bacısının xoşuna gəlməyib. Yeri gəlmişkən Dalinin bacısı özü də 1949-cu ildə qardaşına cavab kimi "Salvador Dali bacısının gözü ilə" adlı xatirələrini çap etdirib.

Buna da bax: Salvador Dalinin kulinariya kitabı "Amazon"da bestseller oldu

Həmçinin hərracın saytında bildirilir ki, Salvador Dali'nin "Profildən fiqur" əsəri bacısı tərəfindən indi onu hərraca təqdim edən ailəyə verilib. Əsərin ilkin qiyməti 800 min funt sterlinq olsa da, hərracda 1,2 milyon funta qalxıb. Əsərin yekun qiyməti isə 1,8 milyon funt sterinq olub və elə o qiymətə də satılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG