Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 14:17

Sədərək gömrüyündən şikayət


Sədərək gömrük idarəsi.

Martın 3-dən Naxçıvan Muxtar Respublikası Sədərək gömrük-keçid məntəqəsində Türkiyəyə gedən bəzi sakinlərinin hərəkətinə məhdudiyyətlər tətbiq edildiyi bildirilir.

“Turan” Agentliyi xəbər verir ki, buna qədər sakinlər həftədə bir dəfə alış-veriş məqsədi ilə Türkiyəyə gedə bilirdilər. Martın 3-dən yalnız ayda bir dəfə getməyə icazə verildiyi söylənir.

Buna da bax:​ Astara gömrüyündə növbədə: 'Bura cəhənnəm qapısıdır'- [Video]

“Bu addım insanları çörək qazanmaqdan məhrum etmək deməkdir. Hər həftə Türkiyəyə gedərək apardığı 100-150 litr “solyarkanı” satan Naxçıvan sakinləri onun puluna nəsə alıb qayıda bilirdilər. İndi bundan da məhrum oldular”, - sakinlərdən biri bildirib.

Xəbərdə qeyd edilir ki, bu qərara etiraz olaraq sürücülər yolları bağlayıblar. Ancaq sonradan yol boşaldılıb .

Agentliyin xəbərində o da qeyd edilir ki, narazılıq bununla bitmir. Geyim, mebel gətirilməsinə də qadağa qoyulduğu söylənir.

Buna da bax: Azərbaycan və İran - iki gömrük məntəqəsini sutkalıq rejimə keçirə bilərlər

“Əvvəl belə idi ki, ikinci əl paltarlar gətirməyə icazə vermirdilər, yeni paltar gətirəndə isə rüsum alırdılar. İndi, ümumiyyətlə, qadağan edirlər. Mebel gətirilməsinə də qadağa qoyulub və sakinlərdən Naxçıvanda istehsal edilən mebel alınmasını tələb edirlər”, sakinlərdən başqa birisi deyib.

Naxçıvan Muxtar Respublikası Sədərək gömrük-keçid məntəqəsindən bu şikayətlərə, hələlik, münasibət almaq mümkün olmayıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG