Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 03:25

«Fitch» beynəlxalq reytinq agentliyi «Azərbaycan İpoteka Fondu»-nun uzunmüddətli yerli və xarici valyutada defolt reytinqini «BB+» səviyyəsində təqdiq edib,proqnoz isə «neqativ»dir.

Bu Fondun vacibliyi, lazımlığı heç kimdə şühbə doğurmir, ancaq sual odur ki, bu şəkildə İpoteka Fondu effektiv işləyə bilirmi?

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, İpoteka Fondubelə nəzərdə tutulmuşdu ki, 3 il sonra özü-özünü maliyyələşdirə bilsin. Ekspert qeyd edir ki, Fondun yaradılmasından illər keçməsinə baxmayaraq təşkilat nə özünü maliyyələşdirməyə keçə bilib, nə dövlət yardımından, nə də dövlət təminatından imtina edə bilib.

Natiq Cəfərli bildirir ki, Fonda hər il dövlət büdcəsindən milyonlarla manat pul ayrılır. Ekspertin fikrincə, İpoteka Fondu bu vaxta qədər özünü doğrulda bilməyib, fəaliyyətində dönüş yarada bilməyib. Onun sözlərinə görə, dövlət büdcəsi hesabına fəaliyyət göstərən fondlar effektiv çalışa bilmir.

Natiq Cəfərli: "özünü doğrulda bilməyib"
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00
Direct-ə keçid

İqtisadçı ekspert Vüqar Bayramov bildirir ki, neqativ qiymətləndirmənin iqtisadi və maliyyə səbəbləri var. Ekspert bildirir ki, İpoteka Fonduna ayrılan vəsaitin hazırda təyinatı dəyişilərək sosial evlərin inşası üçün nəzərdə tutulub. Vüqar Bayramov bu addımı doğru hesab edir.

Ekspert deyir ki, əhəmiyyətli məqamlardan biri də budur ki, İpoteka Fonduna ayrılan vəsaitlərin şaxələndirilməsidir. Onun sözlərinə görə, neqativ proqnozun verilməsi İpoteka Fondunun mövcud maliyyə vəziyyətinə uyğun olaraq atılmış addımdır. Ekspert deyir ki, fondun dövlət büdcəsindən asılılığını aradan qaldırmaq vacibdir.

Vüqar Bayramov: "fondun dövlət büdcəsindən asılılığını aradan qaldırmaq vacibdir"
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00
Direct-ə keçid

Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov isə beynəlxalq təşkilatın bu qiymətləndirməsi ilə razılaşmır. Onun sözlərinə görə, İpoteka Fondu fəaliyyətini dayandırsa, tikinti sektoru böhranlı vəziyyətə düşə bilər. Ekspert bununla bağlı konkret 2009-cu ildə Fondun müvəqqəti fəaliyyətini dayandırdığı dövrü misal çəkir.

Nüsrət İbrahimov deyir ki, Fondun bazara buraxdığı vəsait dolayı yolla tikinti sektoruna qayıdır. Onun sözlərinə görə fond fəaliyyəti barədə neqativ qiymətləndirmə vermək doğru deyil, əksinə müsbət qiymətləndirmək lazımdır.

Nüsrət İbrahimov: "neqativ qiymətləndirmə düzgün deyil"
Gözlə

No media source currently available

0:00 0:03:36 0:00
Direct-ə keçid

Günün bütün mövzuları

XS
SM
MD
LG