Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 14:19

Jurnalistin həbs müddəti iyunadək artırıldı


Elçin İsmayıllı

Bu gün, martın 3-də Nəsimi rayon Məhkəməsi jurnalist Elçin İsmayıllının məhkəməyə qədər həbs müddətinin artırılması ilə bağlı prokurorluğun vəsatətinə baxıb.

Məhkəmə jurnalistin həbs müddətini artırıb.

Jurnalistin vəkili Elçin Sadıqov məhkəmədə bildirib ki, E. İsmayıllının məhkəməyə qədər həbsdə tutulmasından ötrü yetərli əsaslar yoxdur.

“O, jurnalistdir, ictimai şəxsdir. İstintaqdan yayınacağına dair yetərli əsaslar da yoxdur” deyən vəkil məhkəmədən prokurorluğun vəsatətini rədd etməyi xahiş edib.

Buna da bax:​ Jurnalist buraxılmadı

Ancaq məhkəmə vəkilin arqumentlərini əsaslı hesab etməyib.

Hakim Şəlalə Həsənova E. İsmayıllının həbs müddətini iyunun 12-dək artırıb.

XATIRLATMA

İsmayıllıda yaşayan müstəqil jurnalist Elçin İsmayıllı fevralın 17-də saxlanıb. Nəsimi rayon Məhkəməsi fevralın 18-də onun haqqında 24 günlük həbs qətimkan tədbiri seçmişdi.

Buna da bax: Sərhədsiz Reportyorlar: 'Azərbaycanda jurnalistlərin təqibi davam edir'

Jurnalist barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Vəkil deyib ki, istintaq materiallarında jurnalist, İsmayıllı rayon mədəniyyət və turizm şöbəsinin bir əməkdaşı haqqında məlumat yayacağı ilə bağlı pul tələb etməkdə günahlandırılır.

Həmin şəxs rəsmi qaydada Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edib və Elçin İsmayıllı pul alacağı əsası ilə həbs olunub. Vəkilin sözlərinə görə, jurnalist həbsinin qurama, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib:

Buna da bax:​ Məhkəmə Elçin İsmayıla xəbərdarlıq edib

"Elçin İsmayıllı deyir ki, bu iş quramadır. Həmin adamı 2003-cü ildən tanıyır, yaxşı münasibətləri var. Bir ay öncə ondan 1000 manat borc pul istəyib. İki gün əvvəl Elçinə zəng edib ki, pul hazırdır. Görüşüblər, pulu alanda Elçini İsmayıllını həbs ediblər", vəkil jurnalist həbs olunarkən bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG