Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 15:46

Jurnalist İlqar Vəliyev sərbəst buraxılıb [yenilənib]


İlqar Vəliyev

Bu barədə O, üzü telefonla AzadlıqRadiosu-na bilgi verib. Hazırda yolda olduğunu söyləyən jurnalist əlavə məlumat verməyib.

* * *

Jurnalistdən xəbər yoxdur

Jurnalist İlqar Vəliyevi Ağdam rayonunda hərbçilərin saxladığı güman edilir.

Bu haqda jurnalistin doğmaları məlumat yayıb.

Buna da bax:​ “İnsan hüququ? Nə əvvəl olub, nə də indi...”

Onların deməsinə görə, İ.Vəliyev bir gün əvvəl, martın 2-si döyüş bölgəsindən xəbər toplamaq məqsədilə Ağdam rayonunun işğal altında olmayan kəndlərinə yola düşüb. Sonradan onu martın 3-də səhər saatlarında Ağdam rayonu ərazisində hərbçilərin saxladığı xəbərini alıblar.

Jurnalistin Ağdam rayonunun Çıraqlı kəndi ərazisində çəkiliş apararkən saxlanıldığı, naməlum istiqamətə aparıldığı deyilir. Qohumları hələ də İ.Vəliyevin harada olması barədə bilgi ala bilmirlər.

Buna da bax:​ Jurnalist hakimə: 'Siz hakimsiniz, yoxsa...'

Ağdam rayon Polis Şöbəsi jurnalistlə bağlı bilgili olmadığını, belə saxlama halının baş vermədiyini açıqlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə bu deyilənlərə, hələlik, münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG