Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Noyabr, şənbə, Bakı vaxtı 03:58

'900 Azərbaycan vətəndaşı terrorçulara qoşulub'


Azərbaycanlıları İŞİD-ə aparan səbəblər
Gözlə

No media source currently available

0:00 0:17:02 0:00

Azərbaycanlıları İŞİD-ə aparan səbəblər

«Azərbaycanın 900-ə yaxın vətəndaşı radikal təşkilatların təsiri altında Suriya və İraqda terrorçulara qoşulub».

APA-nın xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev martın 3-ü Bakıda «Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu» mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun bildirməsinə görə, bu şəxslərin çoxu döyüşlər zamanı öldürülüb.

M.Quliyev deyib ki, onlardan 84 nəfər şəxs cinayət məsuliyyətinə cəlb olunub. Son bir ildə isə buna görə 54 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilib.

M.Quliyev vurğulayıb ki, Azərbaycan tərəddüd etmədən antiterror koalisiyasına qoşulub. Beynəlxalq terrorçuluqla mübarizəyə öz töhfəsini verməkdədir.

M.Quliyev qeyd edib ki, Ermənistan vətəndaşlarının və separatçıların ayrı-ayrı vaxtlarda Azərbaycanda törətdikləri 373 terror aktı nəticəsində 2 mindən artıq dinc azərbaycanlı həlak olub.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG