Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:42

Köçkünlərin müavinəti Novruza qədər veriləcək


Əli Həsənov

«Biz məcburi köçkünlərin adlı siyahılarını artıq toplamışıq. Sabah (martın 4-ü) Dövlət Komitəsində müşavirə keçirib siyahılara baxacağam».

APA-nın xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Ə.Həsənov deyib ki, məcburi köçkünlərin müavinətləri Novruz bayramından əvvəl, fevral və mart ayları bir yerdə veriləcək: «Sayğac, qaz olmayan yerlər artıq dəqiqləşdirilib. 520 min adlı siyahı var, dəqiqləşdirmə mütəmadi olaraq aparılacaq. Hər ay dəqiqləşmə aparılacaq. Ola bilər ki, 3-5 yanlış düşüb, nəzərə alınacaq. Müraciət obyektivdirsə, mütləq nəzərə alınacaq».

Baş nazirin müavini bildirib ki, qaz olmayan yerlərdə ödəniş əvvəlki qaydada aparılacaq: «Qaz olan yerlərdə isə məcburi köçkünlər adambaşına 36 manat alıb özləri ödəniş edəcəklər».

XATIRLATMA

Prezident İlham Əliyev yanvarın 23-də «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» fərman imzalayıb.

Həmin sənədə əsasən, məcburi köçkünlərə, onlara bərabər tutulan şəxslərə yemək xərci müavinəti, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər dayandırılır. Bunun əvəzinə onlara hər ay 36 manat vahid aylıq müavinət veriləcək.

Bu məsələ bəzi məcburi köçkünlərin etirazları ilə qarşılanmışdı.

Daha sonra prezident İlham Əliyev yeni fərman verərək həmin sənədə bəzi dəyişiklik etmişdi.

Sənəddə qeyd edilir ki, fərdi qaydada sayğacların quraşdırılması, texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (yataqxana, pansionat) təbii qazla təmin olunmayan məcburi köçkünlər, onlara bərabər tutulan şəxslər bu məsələdən kənarda tutulsunlar. Onların kommunal xərcləri əvvəlki qaydada ödənilsin. Hazırda belə məcburi köçkünlərin siyahısı dəqiqləşdirilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG