Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 03:24

2016-cı ildə Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizi ilə 7.9 mln ton tranzit yükü daşınıb. Bu, əvvəlki ildən 16.8 faiz azdır.

Bu haqda Dövlət Statistika Komitəsi məlumat verir.

Tranzit yüklərin daşınmasından dəmiryolçular və dəniz gəmiçiliyi 189 mln. 177.4 min manat gəlir əldə edib. Bu, 2015-ci ilin gəlirindən 52 faiz çoxdur. Artım manatın devalvasiyası ilə bağlıdır.

Nəqliyyat şirkətləri yük tranzitini sərbəst valyuta ilə həyata keçirir, mədaxil isə mühasibatda manatla göstərilir.

Azərbaycan Avropa Birliyinin aktiv dəstəklədiyi TRACECA dəhlizi layihəsinin iştirakçısıdır. Bu dəhliz yük sahiblərinə daha sərfəli tariflər təklif edir. Yük tranzitinin həcminin azalması neftin ucuzlaşması ilə bağlı dəhliz ölkələri arasında ticarət münasibətlərinin zəifləməsi ilə izah edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG