Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 09:35

Dollar hərracda yenə bahalaşdı


Dollar

Martın 2-si Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. AMB-dən verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1.7551 səviyyəsində formalaşıb.

Fevralın 28-i, bundan əvvəlki hərracda ABŞ dollarının məzənnəsi 1.7514 manat müəyyən olunmuşdu.

Bu il yanvarın 12-dən valyuta hərracı yeni formatda keçirilir. İndi qiymətləri bankların müəyyən etdiyi bildirilir. Prosesin dolların alışı üzrə ən yüksək qiymətdən aşağı qiymətə doğru təmin olunduğu qeyd edilir.

Bu yaxın həftələrə qədər manat dollara nisbətən dəyər qazanırdı. 1 dollar 1 manat 92 qəpikdən 1 manat 72 qəpiyə düşmüşdü. İqtisadçılar bunu müvəqqəti sayırdılar. Son hərraclarda yenidən dollar bahalaşır.

Günün bütün mövzuları

XS
SM
MD
LG