Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 22:42

Cəbhədə toqquşmalar davam edir


Qarabağda erməni tankı.

Müdafiə Nazirliyi cəbhədə hərbi toqquşmalara dair növbəti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, martın 2-nə keçən gecə cəbhənin Ağdərə-Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə Azərbaycan mövqelərinə basqın etməyə cəhd göstərib.

Nazirlik bildirilir ki, cavab tədbirlərindən sonra Ermənistan tərəfi itki verərək geri çəkilib.

«Qoşunlarımız heç bir itki verməyib»,-deyə açıqlamada qeyd edilir.

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir. Bu il fevralın 24-dən isə cəbhədə iri silahların işə düşdüyü, yenidən itkilərin olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG