Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 04:07

'Pirsaat daş silsiləsi'ndə meyiti tapılan kişi neftçi olub


Axtarış əməliyyatı

Fevralın 28 -də Xəzər dənizin «Pirsaat daş silsiləsi» ərazisində meyiti tapılan kişi neftçi olub.

Bu barədə bu gün, martın 2-si «Azneft» İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar yaradılan Qərargahdan məlumat yayılıb.

Məlumatda qeyd edilir ki, həmin şəxsin «Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft-qaz çıxartma sahəsinin əmtəə operatoru vəzifəsində çalışmış, 42 yaşlı Qorxmaz Rüstəmovun olduğu rəsmən təsdiq edilib.

Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

XATIRLATMA

Ötən il dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində əsən güclü külək «Azneft» İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadasını dənizə uçurmuşdu. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da dənizə salmışdı. Qəza nəticəsində 1 nəfər ölüb, 9 nəfər itkin düşmüşdü. İtkin düşənlərdən birinin meyiti fevral ayının əvvəllərində, biri isə ortalarında tapılmışdı. Qalan neftçilərdən hələ də xəbər yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG