Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 07:51

Son 2 gündə 4 nəfərin özünü öldürdüyü deyilir


Sui-qəsd.

Fevralın 28-i və martın 1-də ölkədə azı 4 nəfərin özünü öldürdüyü bildirilir.

Report-un xəbərinə görə, dünən, fevralın 28-də Bakıda 40 yaşlı qadın canına qəsd edib.

Hadisə Pirşağı qəsəbəsində baş verib. 1977-ci il təvəllüdlü Gülbəniz Əhmədovanın yaşadığı mənzildə asılmış meyiti aşkarlanıb.

Buna da bax:​ Ötən il Azərbaycanda neçə nəfər intihar edib?

Digər intihar xəbərləri bu gün, martın 1-də yayılıb.

Qusar rayonunun Yuxarı Qalanxur kənd sakini Nadir Adıgözəlovun da asılmış meyiti aşkarlanıb. APA-nın xəbərinə görə, onun cəmi 23 yaşı olub.

Daha bir intihar olayının Bakıda, Sabunçu rayonunda baş verdiyi bildirilir.

1974-cü il təvəllüdlü Natiq Dadaşovun da Bilgəh qəsəbəsindəki bağ evində asılmış meyiti tapılıb.

Yevlax rayonunda isə 59 yaşlı Ümid Məmmədovun özünü öldürdüyü deyilir.

Buna da bax: İntihar xəbərləri gəlməkdə davam edir

Qeyd olunan faktlarla bağlı ərazi aidiyyatı üzrə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işləri başlanıb. Ancaq hər 4 hadisənin səbəbləri açıqlanmır.

Ancaq martın 1-də iki intihara cəhd olayını önləmək mümkün olub.

Report-un xəbərinə görə, Qaraçuxur qəsəbəsində A.H, Göygöl rayonunda isə C.N özünü öldürmək istəyib.

Yaxınları tez xəbər tutduğundan onların hər ikisini xəstəxanaya çatdırmaq mümkün olub.

Ancaq onların sağlıq durumunun ağır olduğu söylənir.

Buna da bax:​ İntihara cəhd göstərən: 'Çevik polisi əraziyə tökdülər, 20 nəfər olardı...'

Xatırlatma

Təkcə ötən ilin 9 ayında Azərbaycanda 500 özünü öldürmə həddinə çatdırma ittihamı ilə cinayət işi başlanıb. Ekspertlər Azərbaycanda intiharların səbəblərinin hərtərəfli araşdırılması ilə bağlı ayrıca mərkəzin yaradılmasını təklif edirlər. Onların fikrincə, bir çox hallarda intiharların gerçək səbəbləri gizlədilir. Mətbuatın araşdırmalarına görə, insanlar daha çox maddi sıxıntılar və hüquqsuzluqdan canlarına qıyırlar.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG