2017-ci ilin yanvar-fevral aylarında istehsalatla əlaqəli 30 bədbəxt hadisə qeydə alınıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin məlumatına görə, bu hadisələr nəticəsində 10 nəfər həlak olub, 22 nəfər xəsarət alıb. İstehsalatla əlaqəli bədbəxt hadisələr əsasən tikinti, mədənçıxarma, emal, enerji, nəqliyyat və başqa sektorlarda qeydə alınıb.
Buna da bax: 67 yaşlı fəhlə tikintidə ölüb
Müfəttişlik istehsalat qəzaları ilə bağlı aidiyyəti üzrə təhqiqat işlərinin aparılmasını təmin edib.
Məlumatda yazılır ki, hadisələrin təhqiqatı zamanı əməyin mühafizəsi və istehsalatda təhlükəsizlik qaydalarına əməl edilmədiyi məlum olub. Bununla yanaşı işçilərin həyat və sağlamlığının qorunmasından ötrü önləyici tədbirlərin yetərli olmadığının üzə çıxdığı bildirilir.
Buna da bax: Milyonlarla işçi sığortalanmayıb