Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 19:57

Ombudsmanın illik məruzəsi parlamentdə


Ombudsman Elmira Süleymanova

Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2016-cı il üzrə illik məruzəsi Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün, martın 1-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, komitə sədri Bahar Muradova bildirib ki, illik məruzə hərtərəfli hazırlanıb.

Ombudsman aparatının rəhbəri Aydın Səfixanlı məruzə və müraciətlər barədə məlumat verib. O deyib ki, Ombudsmanın fəaliyyət göstərdiyi 15 ildə 148 min 750 müraciət daxil olub. Bunlardan 18 min 740-ı ötən ilin payına düşür.

Aydın Səfixanlı qeyd edib ki, daxil olan ərizələrin 57 faizi icraata götürülməyib.

Müzakirələrdən sonra məruzə plenar iclasa tövsiyə olunub.

Əflatun Amaşov Ombudsmandan narazılıq edib

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) mətbuat üzrə fəaliyyətindən narazılığını bildirib.

APA-nın xəbərinə görə, Milli Məclisin İnsan hüquqları komitəsinin martın 1-də keçirilən iclasında Ombudsmanın 2016-cı il üzrə illik məruzəsinin müzakirəsi zamanı Ə.Amaşov bildirib ki, bir müddət əvvəl Media Ombudsmanı yaradılıb. Media Ombudsmanı Ombudsmanın səlahiyyətinə verilib: «Təəssüf ki, bu institut özünü doğrultmadı».

Onun fikrincə, məruzədə media üzrə müraciətlərin olmaması sübut edir ki, Media Ombudsmanı ilə bağlı əməli iş görülməyib: «Ombudsmanımızı ən fəal, ən demokratik qurumlarımızdan biri kimi dəyərləndirsəm də, media ilə bağlı sahədən çox narazıyam».

Komitə sədri Bahar Muradova isə bildirib ki, Media Ombudsmanı sahəsi ilə bağlı hər hansı çatışmazlıq varsa, bunun məsuliyyəti tək Ombudsmanın deyil. Burada media tərəfinin, o cümlədən Mətbuat Şurasının da məsuliyyəti var.

Hələ 6 il əvvəl qanunvericiliyə əsasən, Media Ombudsmanının səlahiyyəti Ombudsmana verilib.

Azərbaycanda Ombudsman institutu 15 ildir fəaliyyət göstərir. Bu quruma 15 ildir Elmira Süleymanova rəhbərlik edir.

Ölkədə onun fəaliyyətinə birmənalı münasibət yoxdur. Hüquq müdafiə təşkilatları onu daha çox işgəncə şikayətlərinin, bir qayda olaraq, təkzib edildiyinə görə tənqid edirlər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG