Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 12:33

BMT kimyəvi silahdan istifadə etdiyinə görə Suriya rejiminə yeni sanksiyalar tətbiq etmək istəyib. Amma Rusiya ilə Çin BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək, sanksiyalar haqda qətnamənin qəbuluna imkan verməyib. Onlar bu fürsətdən Suriya məsələsində 6-7-ci dəfədir istifadə edirlər.

Suriyada ordunun əhaliyə qarşı kimyəvi silahlardan yararlandığını BMT və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı —OPCW müəyyən edib. Assad rejimi ittihamları rədd edir. Onun arxasında dayanan Rusiya isə təşkilatların araşdırmalarının nəticələrinə inanmadığını bildirib.

BMT Təhlükəsizlik Şurasında Suriya haqda qətnamənin qəbuluna Qərb ölkələrinin çoxu tərəfdar imiş. Rusiyan və Çinin veto hüququndan yararlanması onların, eləcə də insan haqları təşkilatlarının etirazına səbəb olub.

ABŞ-ın BMT-dəki təmsilçisi Nikki Haley deyib ki, Təhlükəsizlik Şurası üzvlərinin öz xalqını qıran ölkələri bağışlaması çox üzücüdür. Fransanın XİN rəhbəri Jean-Marc Ayrault isə Moskvanın həm suriyalılar, həm də bütün insanlıq qarşısında məsuliyyət daşıdığını söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG