Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:18

Prezident Pakistana gedib


İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində iştirak etməkdən ötrü fevralın 28-də Pakistan İslam Respublikasına səfər edib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İslamabad şəhərinin Benazir Bhutto beynəlxalq aeroportunda prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Onu Pakistanın yüksəksəviyyəli rəsmi şəxsləri qarşılayıblar.

Mərasimdə toplardan yaylım atəşi açılıb, Azərbaycanın və Pakistanın dövlət himnləri səslənib.

İqtisadi Əməkdaşlıq Təşkilatını 1995-ci ildə Türkiyə, Pakistan və İran yaradıb.

Azərbaycan 1993-cü ildən bu qurumla əməkdaşlıq edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG