Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 23:10

Amerikalı senator Nemtsovun adına küçə verilməsini təklif edib


Marco Rubio

Amerikalı senator Marko Rubio ( Marco Rubio) təklif edib ki, Vaşinqtondakı Rusiya səfirliyi qarşısındakı küçə öldürülmüş rusiyalı müxalifətçi Boris Nemtsovun adını daşısın.

AzadlıqRadiosunun xəbərinə görə onun bununla bağlı hazırladığı qanun layihəsi senatorun rəsmi saytında yerləşdirilib.

Rubio bildirib ki, Boris Nemtsov küçəsi daima “Putin rejimi və Rusiya xalqını” xatırlatmalıdır ki, azadlıq müdafiəçilərinin səsini kəsmək olmaz.

ABŞ Dövlət Departamenti bu ərəfədə Rusiya hakimiyyətini Nemtsovun qətlində əli olanları ədalətli mühakimə etməyə çağırıb.

ABŞ-ın Rusiyadakı səfri ConTefft (John Tefft) bu ərəfədə Nemtsovun öldürüldüyü Böyük Moskva Körpüsü-nünü ziyarət edib və ordakı xalq memorialına kül qoyub.

Boris Nemtsov 2015-ci il fevralın 28-də Kremlin yaxınlığında öldürülüb.

Ötən bazar günü və bazar ertəsi Rusiyanın bir sıra şəhərlərində onun xatirəsi anılıb.

Nemtsovun qətli ilə bağllı məhkəmə işi davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG