Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 15:52

Senat Ross-un ticarət nazirliyinə namizədliyini təsdiqlədi


Wilbur Ross

ABŞ Senatı fevralın 27-də investor-milyarder Uilbur Rossun (Wilbur Ross) ticarət nazirliyinə namizədliyini təsdiqləyib.

Bu barədə AzadlıqRadiisu Reuters və digər Qərb agentliklərinə istinadla xəbər yayıb.

79 yaşlı Uilbur Roos ölkənin xarici ticarət münasibətləri sisteminə yenidən baxılmasında mühümm rol oynaya bilər.

Xatırladaq ki, prezident Donald Trum özünün seçkiqabağı kampaniyalarında, son vaxtlar ABŞ-ın bağladığı bir çox ticarət müqavilələrinin amerikalı istehsalçıların maraqlarına ziyan vurduğunu deyirdi.

Trump hakimiyyətə gəldikdən sonra Sakit Okean Ticarət Tərəfdaşlığı (Trans-Pacific Partnership) müqaviləsindən çıxdı və bildirdi ki, Şimali Amerika azad ticarət zonası haqda sazişə yenidən baxmaq lazımdır.

Rossun başçılıq edəcəyi Ticarət nazirliyinin ABŞ istehsalçılarının maraqlarını daha fəal qoruyacağı gözlənilir.

Uilbur Rossun namizədliyi yektilliklə qəbul olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG