Özünü respublika elan etmiş Ukraynanın separatçı Luqansk bölgəsi martın 1-dən rəsmi pul vahidi kimi Rusiya rubluna keçir.
Bu bardə fevralın 27-də RİA Novosti və digər Rusiya agentlikləri məlumat yayıb.
Mənbənin məlumatına görə, qondarma “Luqansk Xalq Respublikası”nın nazirlər şurası fevralın 21-də müfafiq qərar qəbul edib.
Qeyd edək ki, beynəlxalq aləm Ukraynanın şərqindəki separatçı Donetsk və Luqansk rejimlərini tanımır.
ABŞ və Avropa Birliti 2014-cü il Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.
Qərb Moskvanı bu bölgələrdəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır.
Moskva ittihamı rədd edir.