Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Dekabr, Cümə, Bakı vaxtı 22:25

Daha bir namizəd Trump-ın təklifini rədd edib


ABŞ hərbi gəmisi.

ABŞ prezidenti Donald Trump-ın Hərbi Dəniz Qüvvələri naziri vəzifəsinə seçdiyi Philip Bilden təklifdən imtina edib. O, bunu şəxsi problemləriylə, özünün və ailəsinin biznes maraqlarıyla bağlayıb.

P.Bilden keçmiş kəşfiyyat zabitidir, son zamanlara qədər «Harbour Vest Partners LLC» adlı özəl şirkəti idarə edib.

Fevralın 3-də D.Trump-ın Quru Qoşunları komandanı vəzifəsinə seçdiyi Vincent Viola da təklifdən imtina etmişdi. O da vəzifəyə biznes maraqlarına görə keçə bilməyəcəyini söyləmişdi.

ABŞ-ın Müdafiə naziri Jim Mattis Hərbi Dəniz Qüvvələri naziri vəzifəsinə yeni namizədin adını prezidentə tezliklə verəcəyini söyləyib.

XS
SM
MD
LG