Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 06:34

Azərbaycan: Məsuliyyət Ermənistanın üzərindədir


Azerbaijan -- Hikmat Hajiyev, Spokesperson of the Ministry of Foreign Affairs - 2015

-

"Cəbhədə vəziyyətin gərginləşdirilməsi və hərbi təxribatların törədilməsi Ermənistanın 20 fevral tarixində Azərbaycanın işğal olunmuş ərazilərində keçirdiyi qanunsuz “referendum” kimi siyasi təxribatlarının davamıdır". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev yaydığı açıqlamada bildirib.

Açıqlamada deyilir ki, "Ermənistanın siyasi və hərbi təxribatları vəziyyəti qəsdən gərginləşdirərək münaqişənin substantiv danışıqlar yolu ilə həllinə imkan verməməyə" çalışır.

Azərbaycan XİN-i hesab edir ki, təmas xəttində atəşkəsi pozmaqla Ermənistan tərəfi Xocalı faicəsinin 25 illiyi ərəfəsində beynəlxalq ictimaiyyətin diqqətinin onlara yönəlməsini istəmir.

Hikmət Hacıyev bildirir ki, eyni zamanda, Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində ölkə rəhbərliyi itirilmiş sosial bazasını və mövqeyini gücləndirmək məqsədi daşıyır.

Azərbaycan cəbhədə vəziyyətin gərginləşməsində qarşı tərəfi günahkar bilir və bəyan edir ki, buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG