Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:56

Elton John Hollywoodda erməni filminin təqdimatını keçirəcək


Elton John
Elton John

Fevralın 26-da erməni genosidindən bəhs edən "Vəd" filmi Hollywoodda göstəriləcək. Nümayişin təşkilatçısı məşhur britaniyalı musiqiçi Elton John'dur.

Bu haqda ingiliscə yayımlanan "Asbarez" erməni nəşri məlumat verir. Xəbərə görə Elton John'un yaratdığı "Elton John AIDS Foundation" (Elton John QİÇS-lə mübarizə fondu) hər il Hollywood keçirdiyi ənənəvi axşamda, bu il erməni filmi "Vəd"i göstərəcək. Erməni mənşəlli amerikalı milyarder Kirk Kerkorian'ın maliyyə dəstəyi ilə rejissor Terry George tərəfindən 2016-cı ildə çəkilmiş film şəxsən Elton John tərəfindən təqdim olunacaq.

Buna da bax: Erməni milyarderin çəkdirdiyi "genosid" filmi dünyaya göstərilir

Terry Georg'un çəkdiyi "Vəd" filmindən bir kadr.
Terry Georg'un çəkdiyi "Vəd" filmindən bir kadr.

Elton John özü bu haqda medyaya danışarkən deyib ki, Erməni genosidi haqda dostluq etdiyi Manukian ailəsi və California Universitetində çalışan Eric Esraelian'dan öyrənib. "Vəd" filminin adı isə ona keçmişdəki dəhşətləri xatırlamaq və verdiyi sözə əməl etməklə bağlı olduğu üçün QİÇS-lə mübarizəni xatırladıb.

"Vəd" filmi Birinci Dünya müharibəsi ərəfəsində Osmanlı İmperiyasına səfər edən amerikalı fotojurnalist Christ, doğma kəndindən İstanbula tibb təhsili almağa gələn Michel adlı erməni gənc və bu iki gəncin Paristdə rəssamlıq təhsili alıb İstanbula gəlmiş erməni qız Annaya olan sevgisindən bəhs edir. Filmin arxa fonunda isə Osmanlı İmperiyasında ermənilərə qarşı törədilən qırğınlar təsvir olunur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG