Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:20

İlahiyyatçının azadlığa buraxılması istənilir


İlahiyyatçı Sərdar Babayev.

Bu gün, fevralın 24-ü Masallı rayonunda barəsində cinayət işi açılmış ilahiyyatçı Sərdar Babayevin həbsindən Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilib.

Şikayətdə ilahiyyatçı barəsində verilmiş məhkəməyə qədər həbs qərarının ləğv edilməsi istənilir. Bu haqda onun vəkilləri bildiriblər.

“Namaz qıldığına və xütbə söylədiyinə görə həbs olunan ruhani barəsində seçilmiş həbs qətimkan tədbiri qanunsuzdur. Ümid edirəm ki, apellyasiya məhkəməsi bu qanunsuzluğu aradan qaldıracaq”, dindarın vəkili Cavad Cavadov belə deyib.

Buna da bax:​ Masallı rayonunda ilahiyyatçı həbs edilib

Sərdar Babayev Cinayət Məcəlləsinin 168-1-ci maddəsi (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) ilə ittiham olunur. Vəkil hesab edir ki, ümumiyyətlə məcəllənin həmin maddəsi Konstitusiyaya ziddir.

“Konstitusiyasının 48-ci maddəsi (Vicdan azadlığı) hər kəsə dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə inanmamaq, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək, yaymaq hüququ verir. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir”, deyən vəkilə görə, sözügedən maddə Avropa Konvensiyanın 9-cu (Din azadlığı) və 10-cu (İfadə azadlığı) maddələrinə də ziddir.

Fevralın 22-də Masallı rayon Məhkəməsi S.Babayev barəsində 1 ay 7 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Buna da bax: Bərdədə dindarlar saxlanıb

O, CM-in 168.1-ci maddəsi (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) ilə ittiham olunur.

Müdafiə tərəfi ittihamı və həbsi əsassız sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG