Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:38

Masallı rayonunda ilahiyyatçı həbs edilib


Masallı rayonu.

Fevralın 22-də Masallı rayonunda ilahiyyatçı Sərdar Babayev həbs edilib.

Bunu onun vəkili Cavad Cavadov bildirib.

Onun sözlərinə görə, S.Babayevə cinayət işi, hələ ötən ilin sonlarında Masallı rayon İcra Hakimiyyəti başçısının müraciəti əsasında başlayıb.

Rayon administrasiyası bildirib ki, S.Babayev məsciddə qanunsuz namaz qılır, namaza rəhbərlik (pişnamaz) edir. S.Babayev İranda təhsil alıb ki, bu da qanunla dini rəhbərliyə imkan vermir.

Buna da bax:​ Taleh Bağırovun tərəfdarına 10 sutka

“Halbuki Sərdar Babayev Azərbaycanda da dini təhsil alıb. İranda isə bu qanun qüvvəyə minməmişdən əvvəl dini təhsil alıb. Qanunun isə geriyə qüvvəsi yoxdur. Bununla yanaşı, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərlərinin əksəriyyəti xarici ölkələrdə təhsil alıb. Onlar da Azərbaycanda dini ayinlər həyata keçirir ”- deyə vəkil qeyd edib.

Vəkilin deməsinə görə, istintaq hərəkətləri və üzləşmə zamanı S.Babayevin əleyhinə deyilənlər təsdiqini tapmayıb.

Bununla belə, ona CM-in 168.1-ci maddəsi (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) ilə ittiham verilərək, cinayət işi başlayıb.

Buna da bax: Bərdədə dindarlar saxlanıb

Ötən gün, fevralın 22-si Masallı rayon Məhkəməsi S.Babayev barəsində 1 ay 7 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Vəkil ittihamı və həbsi əsassız sayır. Eyni zamanda onun fikrincə, ilahiyyatçıya irəli sürülən “yüngül” maddədir, həbssiz də ötüşməyə imkan verirdi.

“Digər tərəfdən, ilahiyyatçının həbsi 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi” ili elan edilməsi ilə bir araya sığmır”, - vəkil vurğulayıb.

Masallı rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG