Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 04:53

'Cənub Qaz Dəhlizi'nə dəstək istənilir


Qaz boru xətti.

“Biz Yunanıstan-Bolqarıstan Birləşdirici Boru Xətti, İonik-Adriatik Boru Xətti və Türkiyə-Bolqarıstan layihələrindəki maraqlarımızı müdafiə edirik. Avropadakı ölkələrin enerji təhlükəsizliyini gücləndirməyə can atacağıq”.

"Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının üçüncü iclasının iştirakçısı olan ölkələrin nümayəndələrinin birgə bəyannaməsində belə yazılır.

Buna da bax:​ ABŞ-ın 'Cənub Qaz Dəhlizi'nə dəstəyi sürəcək

Bu haqda Energetika Nazirliyinin məlumatında bildirilir.

İştirakçılar "Cənub Qaz Dəhlizi"nin maliyyələşdirilməsində beynəlxalq maliyyə qurumlarının əzmini alqışladıqlarını bildirərək, onları dəstəklərini gücləndirməyə səsləyiblər.

«"Cənub Qaz Dəhlizi"ni iştirakçılara əlçatan etməkdən ötrü biz ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirməyə, dəhlizin gələcəkdə hər hansı genişləndirilməsinin realizə olunması zamanı meydana çıxa biləcək hüquqi məsələlərin həll edilməsindən ötrü işçi səviyyəsində konsultasiyaları davam etdirməyə öz qəti niyyətimizi bir daha təsdiqləyirik», bəyannamədə deyilir.

Buna da bax:​ İ.Əliyev: 'Cənub Qaz Dəhlizi milli təhlükəsizlik məsələsidir'

Bəyannaməni Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, İtaliya, Türkiyə, Xorvatiya, Monteneqro, Böyük Britaniya, ABŞ nümayəndələri və Avropa Komissiyasının vitse-prezidenti imzalayıb.

"Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının üçüncü iclası fevralın 23-ü Bakıda başlayıb. Bu gün, fevralın 24-ü başa çatıb.

"Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur. Layihənin 2018-ci ildə işə düşəcəyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG