Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 19:53

ABŞ-ın 'Cənub Qaz Dəhlizi'nə dəstəyi sürəcək


Robin Dunnigan

«ABŞ "Cənub Qaz Dəhlizi" layihəsinə öz dəstəyini bundan sonra da davam etdirəcək».

Fevralın 23-də "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının Bakıda keçirilən üçüncü toplantısındakı çıxışında ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Dunnigan belə deyib.

Buna da bax:​ İ.Əliyev: 'Cənub Qaz Dəhlizi milli təhlükəsizlik məsələsidir'

“ABŞ nümayəndə heyətinin "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında iştirakı yeni hökumətin də “Cənub Qaz Dəhlizi” layihəsinə dəstəyini nümayiş etdirir”, R.Dunnigan qeyd edib.

O, əmin olduğunu vurğulayıb ki, sözügedən layihə Avropa ilə yanaşı, qlobal enerji təhlükəsizliyinə də öz töhfəsini verəcək.

Buna da bax: 'Hökumət dəyişiklikləri 'Cənub Qaz Dəhlizi'nə təsir göstərir'

R.Dunnigan ABŞ-ın Avropanın enerji təhlükəsizliyinin Azərbaycan resursları ilə təmin olunmasında maraqlı olduğunu da xüsusi qeyd edib.

Bu gün, fevralın 23-ü Bakıda «Cənub Qaz Dəhlizi» Məşvərət Şurası çərçivəsində nazirlərin III görüşü başlayıb. Xanım Dunnigan bu toplantıda iştirak etmək məqsədilə Azərbaycana gəlib.

«Cənub Qaz Dəhlizi» layihəsi Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur. Layihənin 2018-ci ildə işə düşəcəyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG