Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 23:36

AXCP Ali Məclisinin üzvü, Sabirabad rayonu, Türkəndi kənd orta məktəbinin fizika müəllimi Sahib Rüstəmli işinə bərpa edilib.

Sabirabad rayon Məhkəməsi fevralın 23-də bir müddət əvvəl müəllimlikdən kənarlaşdırılan Sahib Rüstəmlinin iddiasını təmin edib.

Buna da bax:​ AXCP üzvü olan müəllim işdən çıxarılıb

S.Rüstəmli ötən ilin oktyabrında müəllimlikdən kənarlaşdırılmışdı. Qərarı onun çalışdığı məktəbin həmkarlar təşkilatının verdiyi bildirilirdi.

Türkəndi kənd orta məktəbinin direktoru Eyvaz Abbasov həmin vaxt Azadlıq Radiosuna bildirmişdi ki, Sahib Rüstəmli işə gəlmədiyindən çıxarılıb.

Buna da bax: İşdən çıxarılan fizika müəllimi Avropa Məhkəməsinə üz tutur

S.Rüstəmli isə bununla razılaşmır, işdən kənarlaşdırılmasını siyasi mövqeyi - AXCP-nin rəhbər qurumlarında təmsil olunması, fəallığı ilə izah edirdi.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG