Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 09:59

Tənqidçi bloqqerin qardaşı da azadlığa buraxılmadı


Orduxan Teymurxan

Bakı Apellyasiya Məhkəməsi Hollandiyada yaşayan bloqqer Orduxan Teymurxanın qardaşı Xanlar Dadaşovu azadlığa buraxmaqdan imtina edib. Qərar bu gün, fevralın 23-də çıxarılıb.

Bu haqda AzadlıqRadiosu-na X.Dadaşovun vəkili Elçin Sadıqov məlumat verib.

Apellyasiya şikayətinə hakim Camal Ramazanovun sədrliyi ilə baxılıb. Məhkəmə heyəti tənqidçi bloqqerin qardaşının qanuni həbs edildiyi qənaətinə gəlib. Vəkilin verdiyi vəsatətlərin də heç biri təmin olunmayıb.

Buna da bax:​ Bloqqerin bacıoğlusu həbsdə qaldı

Vəkil məhkəmənin qərarı ilə razılaşmadığını bildirib.

“X.Dadaşovun həbs olunması haqda məhkəmə qərarına görə, guya Xanlar Dadaşov Suraxanı rayonu Z.Zeynalov küçəsində pasport rejimi keçirilən zaman polisin qanuni əmrinə tabe olmayıb. Halbuki, O, inzibati xətanın törədildiyi iddia olunan vaxt - fevralın 18-i saat 18.00-dan fevralın 20-si saat 16.00-dək qanunsuz olaraq Suraxanı rayon Polis İdarəsində saxlanılıb. Qərarda göstərilən ünvanda olmayıb”, deyən vəkil bloqqerin yaxınları ilə bağlı yerli məhkəmə qərarlarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini bildirib.

Buna da bax:​ 'Azərbaycan polisi bacımlarımı, körpəni polisə aparır, İlham Əliyevsə...'

Fevralın 23-də bloqqer Orduxan Teymurxanın bacısı oğlu Səbuhi Zeynalovun apellyasiya şikayəti də təmin edilməyib.

XATIRLATMA

Fevralın 18-dən başlayaraq, Hollandiyada yaşayan azərbaycanlı bloqqer Orduxan Teymurxanın 12 nəfər yaxını polisdə dindirilməyə aparılıb. Onların arasında onun bacıları, hətta ikiyaşlı uşağın da olduğu bildirilir.

Buna da bax:​ 'Heydər Əliyevin simvolik heykəli yıxılan aksiyada o aparıcı idi' [video]

Ardınca Suraxanı rayon Məhkəməsində bloqqerin qardaşı Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalovun 30 sutka inzibati həbsi haqda qərar çıxarılıb. Qərarda iddia olunur ki, S.Zeynalov və X.Dadaşov fevralın 19-da yaşadıqları evin qarşısında polis əməkdaşlarının qanuni əmrinə tabe olmadıqlarına görə cəzalandırılıblar.

Bloqqer bunları özünün ictimai fəaliyyətinə görə təzyiq olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG