Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 09:15

Azıxda qazıntı aparan əcnəbilər İnterpol-a verildi


Baş Prokurorluq.

Baş Prokurorluq Dağlıq Qarabağ ərazisindəki Azıx mağarasında tədqiqatlar aparan Ermənistan, İspaniya və Böyük Britaniya alimlərinə cinayət işi açdığını bildirib.

Prokurorluğun məlumatına görə, ermənistanlı alim Levon Yepiskoposyan, ispaniyalı tədqiqatçı Yolanda Fernandez-Jalvo, Böyük Britaniyanın Blanford Muzeyinin “Azox layihəsi”nin direktoru Tanya Kinq və elmi işçi Piter Endryusun 2002-ci ildən etibarən Azıx mağarasında arxeoloji qazıntı işlərini həyata keçiriblər.

Buna da bax:​ Azıx mağarasını tapan arxeoloqun şərəfinə fotosərgi açılıb

Məlumatda qeyd edilir ki, İspaniyanın Milli Təbiət Muzeyi, Elm və Texnologiya Nazirliyi, Böyük Britaniyanın Qaluay Universiteti, “Armenian General Benevolent Union”un London filialının qazıntı işlərinə maliyyə və digər dəstək vermələrinə əsaslı şübhələr yarandığından adları çəkilən şəxslər barəsində cinayət işi qaldırılıb.

Baş Prokurorlu bildirir ki, İnterpol-a da müvafiq sorğu göndərilib.

Rəsmi Bakı bundan öncə də, Britaniya və İspaniya arxeoloqlarını Dağlıq Qarabağda qazıntı işləri aparmamağa çağırmışdı.

Buna da bax: Qafqaz Albaniyasının məbədi dağılır...

2008-ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bu məsələ ilə bağlı aşıqlama yaymışdı. Açıqlamada qeyd edilirdi ki, Azıx mağarasında qazıntılar “Silahlı münaqişə zamanı mədəni dəyərlərin saxlanması haqqında” Haaqa Konvensiyasına, “Arxeoloji dəyərlərin qorunması haqqında” Avropa Konvensiyası, YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasına ziddir.

2016-cı ilin noyabrında Azərbaycan XİN Azıx mağarasında tədqiqatlar aparan arxeoloqlar qrupunu “qara siyahı” daxil edib.

Azıx mağarası Xocavənd rayonunda Azıx kəndi yaxınlığında altı mağaradan ibarət kompleksdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG