Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:34

Qafqaz Albaniyasının məbədi dağılır...


Qafqaz Albaniyası məbədi «Avey», avqust, 2016
Qafqaz Albaniyası məbədi «Avey», avqust, 2016

«Avey» Qazax Dövlət - Tarix Mədəniyyət qoruğu Daş Salahlıdan və Yuxarı Salahlı kəndinə gedən yoldan yolçuların diqqətini cəlb edir.

Qafqaz Albaniyasının əsas abidələrindən sayılan Avey (dağ) məbədi IV-V əsrlərə aid edilir. Məbədə gedən yol dağlıq ərazidən keçir. O, Azərbaycan Ermənistan sərhədinə yaxındır.

Məbəd düzbucaqlı formada inşa edilib. İki otaqlı məbəd yerli Avey daşından inşa edilib.

Qafqaz Albaniyası məbədi «Avey», avqust, 2016
Qafqaz Albaniyası məbədi «Avey», avqust, 2016

Şimal hissəsinin tavanı tağvari, güney hissəsinin tavanı isə konusvari kümbəzlə tamamlanır. Məbədin həyətində qəbirlər aşkar edilib. Qəbirlərin sinə daşları albanlara xas olan üslubda naxışlanıb.
Məbədin klassik xristian memarlığı üslubunda inşa edilmiş zəng qülləsi də var.

Buna da bax: «Bu gün düşüncəmdə ermənilərin düşmən obrazı yoxdur»

Qədim mağara...

Avey dağının şimal-qərb hissəsində Daş Salahlı kəndində yerləşən qədim mağara da özünəməxsusudur. Mağaranın ərazisi 360 kv metrə bərabərdir. Arxeoloji qazıntılar zamanı burada müxtəlif dövrlərə aid 8000-dən artıq əşya tapıldığı bildirilir. Bunlardan ən qədiminin orta və üst paleolit dövrlərinə, ən yenisinin isə orta əsrlərə aid edilir. Avey massivi «Avey» Qazax Dövlət - Tarix Mədəniyyət qoruğu çərçivəsində mühafizə olunur.

Buna da bax: 3000 yaşı olan qəbirlər kimsəsiz qalıb [Fotolar]

Avey sözünün mənşəyi...

Arxeoloq və tarixçilərin uzun illər araşdırması sayəsində Aveyin sirləri qismən açılıb. Tarixçilərin bildirməsinə görə, albanların Ay məbədi burada olub. Toponim Ay evi kimi açıqlanır.

Bəzi tarixçilər də bildirirlər ki, qədim türklərdə Aya sitayiş geniş yayılıb. Qədim türklərdə «Ay Tənqri» (Ay Allahı) ifadəsi olub.

Avey dağının özündə və ətrafında abidələr çoxdur.

Baxımsız qoruq

Qafqaz Albaniyası məbədi «Avey»in içi, avqust, 2016
Qafqaz Albaniyası məbədi «Avey»in içi, avqust, 2016

Elə bütün bunları nəzərə alaraq, 1989-cu il fevralın 22-də «Avey» Qazax Dövlət - Tarix Mədəniyyət qoruğu yaradılıb. Ancaq qoruq elan edilməsi bu yerləri bir elə də qorumayıb.

Aradan keçən bu 27 ildə qoruğa gələn yollar dağılıb, ətraf baxımsız qalıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG