Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 12:12

Dollar yenə bahalaşdı


Dollar

Fevralın 23-ü Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

Hərracda manatın orta çəkili məzənnəsi 1.7498 səviyyəsində formalaşıb. Fevralın 21-ı, bundan əvvəlki hərracda ABŞ dollarının məzənnəsi 1.7447 manat müəyyən olunmuşdu.

Bu il yanvarın 12-dən valyuta hərracı yeni formatda keçirilir. İndi qiymətləri bankların müəyyən etdiyi bildirilir. Prosesin dolların alışı üzrə ən yüksək qiymətdən aşağı qiymətə doğru təmin olunduğu qeyd edilir.

Son həftələr manat dollara nisbətən dəyər qazanırdı. 1 dollar 1 manat 92 qəpikdən 1 manat 72 qəpiyə düşmüşdü. İqtisadçılar bunu müvəqqəti sayırdılar. Son üç hərracda yenidən dollar bahalaşır.

Günün bütün mövzuları

XS
SM
MD
LG