Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 03:22

Prezident Türkiyədəki referendumdan danışdı


İ.Əliyev və R.T.Erdoğan

Azərbaycan prezidenti İlham Əliyev fevralın 23-də Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak ilə görüşüb.

AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyev Türkiyənin «Cənub Qaz Dəhlizi» Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında yüksək səviyyədə iştirak etməsinin önəmini xüsusi vurğulayıb. Dövlət başçısı bu toplantının gələcək planların uğurla reallaşdırılmasına mühüm töhfə verəcəyinə əminliyini bildirib.

İlham Əliyev Türkiyədə keçiriləcək ümumxalq səsverməsinə də toxunub. Prezident referendumun yüksək səviyyədə təşkil olunacağına, Türkiyə xalqının iradəsinin əksini tapacağına və ölkənin həyatında bundan sonra yeni, daha sabit dövrün başlanacağına əminliyini bildirib.

XATIRLATMA

Türkiyədə Konstitusiyaya dəyişikliklər ilə bağlı referendum aprelin 16-da keçiriləcək.

Konstitusiya dəyişiklikləri parlament idarəçiliyindən prezidentlik idarəçiliyinə keçidi nəzərdə tutur.

Dəyişikliklər referendumda qəbul olunarsa, millət vəkillərinin sayı 550-dən 600-dək artırılacaq. Parlament üzvü seçilmək yaşı 25-dən 18-ə endiriləcək. Parlament və prezident seçkiləri beş ildən bir eyni gündə keçiriləcək.

Bu gün, fevralın 23-ü Bakıda «Cənub Qaz Dəhlizi» Məşvərət Şurası çərçivəsində nazirlərin III görüşü başlayıb. Berat Albayrak bu toplantıda iştirak etmək məqsədilə Azərbaycana gəlib.

«Cənub Qaz Dəhlizi» layihəsi Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur. Layihənin 2018-ci ildə işə düşəcəyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG