Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:31

Cəbhədə yenə ağır silahlar eşidilir


Qarabağda erməni əsgər.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 51 dəfə pozublar.

Bu zaman 60, 82 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə edildiyi bildirilir.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonundan Qazax rayonunun Quşçu Ayrım, Bala Cəfərli kəndləri, Berd rayonundan Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndləri, Krasnoselsk rayonundan da Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki mövqeləri atəşə tutulub.

Nazirlik bildirir ki, Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və Goranboy rayonu istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.

Məlumatda bildirilir ki, əməliyyat şəraitinə uyğun olaraq Azərbaycan ordusu adekvat cavab tədbirləri görüb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəs pozuntusunda günahlandırır. Son günlər isə cəbhədə iri silahların işə düşdüyü bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG