Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 08:53

Azərbaycanda həbsdə olan bloqqer Alexander Lapshinə yeni vəkil tutulub.

APA bu xəbəri Rusiyanın Azərbaycandakı səfirliyinə istinadən verib. Səfirlikdən bildirildiyinə görə, A.Lapshinin müdafiəsi ilə bundan sonra onun ailəsinin tutduğu vəkil məşğul olacaq.

Buna da bax:​ Ombudsman-ın nümayəndəsi Lapshin-lə görüşüb

Səfirlikdən deyiblər ki, bloqqerlə yenidən görüşmək niyyətindədirlər. Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları bundan əvvəl də bloqqerlə görüşüblər.

A.Lapshin ötən il dekabrın 15-də Minskdə Azərbaycanın tələbi ilə, hökumət əleyhinə çağırışlar və dövlət sərhədinin qanunsuz keçmək ittihamı ilə saxlanıb. Belarus məhkəməsi onun Azərbaycana verilməsi ilə bağlı qərar çıxarıb.

Buna da bax: Amnesty International Alexander Lapshinə azadlıq istəyir

Həmin qərar fevralın 7-si gecə icra edilib.

A.Lapshin hazırda Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılır. O, Ukrayna, Rusiya və İsrail vətəndaşıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG