Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 03:01

Göyçayda damı çökən binadan sakinlər köçürülür


Qəzalı bina (arxiv fotosu).

Göyçay şəhərinin Atatürk küçəsində yerləşən, Təhsil Nazirliyinin balansında olan ikimərtəbəli 18 ailəlik yaşayış binasından sakinlərin köçürülməsinə başlandığı bildirilir.

APA-nın xəbərinə görə, yaşayışa yararsız olan bu binaya sakinlər öz istəklərinə uyğun olaraq pərakəndə halda yerləşiblər. Vaxtilə binada peşə məktəbi fəaliyyət göstərib.

Buna da bax:​ Bakıda 1000 binanın sökülməsi gözlənir (Video)

Son aylar yağan güclü qar səbəbindən bina daha da qəzalı vəziyyətə düşüb. Yaşayış binasının dam örtüyü yağan qarın ağırlığına dözməyərək çöküb. Otaqların divarlarında iri çatlar əmələ gəlib, bir neçə mənzil tam yararsız hala düşüb.

Rayon icra hakimiyyətin nümayəndələri sakinlərlə görüşüb. Səkkiz ailə binadan köçürülərək kirayə tutulan mənzillərə yerləşdirilib. Həmin evlərin aylıq kirayə haqlarını rayon icra hakimiyyətinin ödəyəcəyi bildirilir. Ancaq qalan 10 ailənin aqibəti açıqlanmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG