Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 03:11

Kiyevdə millətçi qüvvələrin mitinqi keçirilir


Foto arxiv

Ukraynanın paytaxtı Kiyevdə “Milli ləyaqət” yürüşü keçirilib.

Aksiyada 10 minədək adam iştirak edib.

Bir necə cərkə “Hər şey yalnız başlayır” şüarı ilə “Kreşatik” metrosu və “Müstəqillik” meydanından Ali Rada-ya doğru hərəkət edib.

Mitinqi “Sağ sektor”,”Azadlıq” və “ Milli korpus” un fəalları təşkil ediblər.

Polis və Milli qvardiyanın əməkdaşları parlamentin binasını nəzarətə götürüblər.

Həmçinin mümkün təxribatların qarşısını almaq üçün şəhərin mərkəzi küçələrinə bir neçə min polis əməkdaşı çıxarılıb.

Aksiyaçılar hakimiyyətdən Rusiya ilə diplomatik əlaqələrin kəsilməsini, Minsk sülh sazişindən imtina edilməsini, həmçinin separatçı Donetsk və Luqansk vilayətləri ilə ticarətin dayandırılmasını tələb edirlər.

Bundan başqa aksiyaçılar hökumətdən kredit əvəzində antisosial şərtlərə görə Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığın dayandırılmasını tələb edirlər.

Millətçilər aksiyanı, növbəti parlament sçkisində iştirak etmək üçün siyasi qüvvələrin bir millətçi partiyada birləşməsi yönündə ilk addım hesab edirlər.

Onlar yaxın 1-2 ay ərzində yekun qərar qəbul etmək fikrindədirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG