Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 23:13

AzadlıqRadiosu-nun müxbiri azadlığa çıxdı


Xudayberdi Allaşov

AzadlıqRadiosu Türkmənistan xidmətinin müxbiri Xudayberdi Allaşov və anası Kurbantac Arazmedov 2 ay 15 gün həbsdən sonra azadlığa buraxılıblar.

Radionun türkmən xdmətinin məlumatına görə, onlar fevralın 15-də buraxılıblar.

Azadlıq radiosu onlarla əlaqə saxlaya bilməyib, amma redaksiyaya daxil olan məlumata görə məhkəmə onlara 3 il şərti cəza kəsib.

Onlar qanunsuz Nas (Orta asiyada çeynəlinən tütün) saxlamaqda ittiham olunurlar.

Jurnalistin Kunyaurqençedəki evi nəzarət altındadır.

27 yaşı Xudayberdi 2016-cı il dekabrın 3-də 11 kq Nas saxlamaq ittihamı ilə saxlanmışdı.

Yaxınları bunun böhtan olduğunu və onun evində şəxsi istifadə üçün cəmi 20 qram Nas aşkar edildiyini deyirlər.

Azad Avropa və Azadlıq Radiosu hesab edir ki, o, radio ilə əməkdaşlıq etdiyinə görə həbs olunub.

Həmin vaxt Xudayberdinin həyat yoldaşı da saxlanmışdı, amma az sonra sərbəst buraxıldı.

Məlumatlara görə, həbsdə olarkən elektroşok da daxil olmaqla ona işgəncələr verilib.

Məlumata görə yerli hakimiyyət Xudayberdinin həbsindən sonra yerli sakinlərlə görüşərək onlardan AzadlıqRadiosuna qulaq asmamağı tələb edib.

AzadlıqRadiosunun 2015-ci ildə saxlanmış daha bir əməkdaşı Saparmammed Nepeskulievin taleyindənsə 1 ildir ki, xəbər yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG