Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 08:03

Belarusda 'Azərbaycan Ticarət Evi' təsis edilib


Minsk

Belarus Respublikasında «Made in Azerbaijan» brendinin xarici bazarlarda təşviqi məqsədilə «Azərbaycan Ticarət Evi» təsis edilib.

Şirkət fevralın 20-də Minsk Şəhər İcraiyyə Komitəsində qeydiyyata alınıb.

Ticarət Evi marketinq araşdırmaları aparmalı, sərgilərdə vahid Azərbaycan stendi ilə iştirak etməli və potensial alıcılarla əlaqələr qurmalıdır.

Hökumət Ukraynada da analoji struktur yaratmaq niyyətindədir. Buna qədər İqtisadiyyat Nazirliyi Rusiyadakı səfirlik yanında ticarət nümayəndəsi təyin edib.

2016-cı ildə Azərbaycan Belarusa mal ixracını ($48.2 mln) 4.8 dəfə artırıb. Belarus mallarının idxalı 73.3 mln dollar olub. Bu, 2015-ci ildəkindən 8.2 faiz azdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG