Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 03:21

Xocalı istintaqında maddi sübutlar yoxa çıxıb


Xanlar Vəliyev

«Xocalıya görə başlanılmış cinayət işi əvvəllər dağınıq halda aparılıb, bəzi maddi sübutlar yoxa çıxıb».

APA-nın xəbərinə görə, bunu Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

O bildirib ki, əvvəllər istintaq düzgün istiqamətində aparılmayıb: «2005-ci ildən bu iş bizim icraatımızdadır. Bu məqsədlə xüsusi istintaq şöbəsi yaradılıb. İstintaq zamanı çox dəhşətli işgəncə faktları ortaya çıxıb».

Hərbi prokurorun deməsinə görə, Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonları işğalı nəticəsində Azərbaycana dəymiş maddi ziyanla bağlı beynəlxalq ekspertlərin iştirakı ilə böyük qiymətləndirmə işləri aparılır: «Ermənistanın işğalı nəticəsində Azərbaycana dəymiş ziyan artıq milyard yox, trilyon dollarla ölçülür».

XATIRLATMA

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalını işğal edib.

613 nəfər dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG