Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 22:17

Fevralın 21-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun təxribat məqsədilə Azərbaycan mövqelərinə basqın etməyə cəhd göstərdiyi bildirilir.

Bu açıqlamanı fevralın 22-də Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Açıqlamaya görə, Azərbaycan bölmələri qarşı tərəfin fəaliyyətini əvvəlcədən aşkar edərək qabaqlayıcı zərbələr endirib.

Qarşı tərəfin geri çəkildiyi bildirilir.

Açıqlamada qeyd edilir ki, Azərbaycan Silahlı Qüvvələri hazırda bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəs pozuntusunda günahlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG