Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 00:19

Poroshenko Putinin fərmanından sonra sanksiyaları gücləndirməyə çağırdı


Petro Poroshenko

Ukrayna prezidenti Petro Poroshenko Ukraynanın separatçı Donbas və Luqansk vilayətlərində verilən sənədləri tanıdığına görə Rusiyaya qarşı sanksiyaları kəskinləşdirməyə çağırıb.

“Beynəlxalq qanun baxımndan bu artıq həmin qanunsuz birləşmələrin tanınmasının elementi, faktiki Minsk sülh razılaşmasından imtina deməkdir.

Hesab edirik ki, bu çox təhlükəli bir şeydir və bu sanksiyaların gücləndirilməsinədək qəti hərəkət tələb edir”, deyə Poroshenko Kiyevdə Avropa Birliyinin hümanitar məsələlər üzrə komissarı Xristos Stilianideslə görşdən sonra bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin fevralın 18-də Donetsk və Luqanskda daimi yaşayan Ukrayna vətəndaşları və vətəndaşlığı olmayan şəxslərə verilmiş sənədlər və avtomobil nömrə nişanlarının Rusiya Federasiyasında tanınması barədə fərman imzalayıb.

Kremlin sözçüsü Dimitry Paeskov bunun beynəlxalq qanunlara zidd olmadığını bəyan edib.

Onun sözlərinə görə qərar hümanitar baxımdan qəbul edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG