Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 16:53

Yaralı fələstinlini öldürən İsrail əsgəri ilyarım həbs cəzası aldı


Elor Azaria

Fələstinlini öldürməkdə ittiham olunan İsrail əsgəri 1il 6 ay azadlıqdan məhrum edilib.

Hərbi həkim Elor Azarianın işinə Tel-Əvivdəki hərbi məhkəmə baxıb.

Prokuror ona 3 ildən 5 ilədək iş istəmişdi.

İnsident ötən il martın 24-də baş verib.

Azaria həmin vaxt ağır yaralı və hərəkətsiz halda olan fələstinli Abdul Fatakh al Sharifi başından güllələyib və bu videoya düşüb.

Hakim Mayya Geller Azarianın hərəkətinin israil cəmiyyətinin dəyərləri, o cümlədən İsrail hərbçilərinin etik kodeksinə ciddi ziyan vurduğunu deyib.

Müdafiə tərəfinin fikrincə isə Azaria hesab edib ki, Sharifin üstündə partlayıcı kəmər ola bilər.

Hərbi məhkəmə yanvarda onu qətl törətməkdə təqsirli bilib ki, buna görə maksimum 20 il həbs cəzası nəzərdə tutulur.

Ama prokurorlar cəzanın güngülləşdirilməsini istəyiblər.

Vəkillərin qərardan şikayət verəcəkləri hələ ki, bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG