Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 10:49

Bakının mərkəzi hissəsində körpü uça bilər [fotolar]


"28 May" küçəsi istiqamətinə gedən yolun üstündəki körpü. 21fev2017

Mərkəzi Neftçilər Xəstəxanasından "28 May" küçəsi istiqamətinə gedən yolun üstündəki körpü uçma təhlükəsi ilə üzləşib.

AzadlıqRadiosu-nun ərazidə olan əməkdaşı bu haqda xəbər verib.

Sözügedən körpü sovet dönəmində inşa olunub.

Xəstəxana istiqamətindən gələn yol birtərəflidir. Ancaq körpünün dayaq sütunu yolu iki hissəyə bölür. Hazırda yolun bir hissəsi hərəkətə qapadılıb.

Buna da bax:​ Biz hələ yaşamırıq, nə vaxt ehtiyac olsa, onda yaşayacağıq

Yaxınlıqda yaşayanların deməsinə görə, bir neçə gün əvvəl yolda qəza baş verib.

“İri tonnajlı sement daşıyan “pompa” tipli yük avtomobili körpüyə çırpılıb. Hazırda körpüdə iri çat əmələ gəlib”, sakinlər deyiblər.

Sakinlər üzərindən qatar yolu keçən körpüdə son illərdə təmir işləri aparılmadığını bildiriblər.

Körpüdə çat əmələ gəlməsindən sonra da hər hansı təmir işləri aparılmayıb. Sadəcə, körpünün uçma təhlükəsi olan hissəsi hərəkətə qapadılıb.

Buna da bax:​ 'Bu yol bizim mərkəzə çıxışımızdır'

Məsələyə, əlaqəli qurumlardan münasibət almaq, hələlik, mümkün olmayıb.

Qəzalı körpü.
Qəzalı körpü.

Qəzalı körpü. Üst tərəfdən görünüş.
Qəzalı körpü. Üst tərəfdən görünüş.

Qəzalı körpü.
Qəzalı körpü.

Günün bütün mövzuları

XS
SM
MD
LG