Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 14:51

Ukrayna BMT-də Churkin-lə bağlı bəyanatı əngəllədi


Volodymyr Yelchenko

Ukrayna BMT-nin təhlükəsizlik şurasında Rusiyanın daimi nümayəndəsi Vitali Çurkinlə bağlı bəyanat qəbul edilməsini əngəlləyib.

Bu barədə Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zakharova özünün “Feysbuk” səhifəsində yazır.

“Ukrayna hakimiyyəti budur. Əlindən yaxşı iş gəlmir, yalnız hamı üçün hər şeyi korlayır, o cümlədən də özünü”, deyə Zakharova yazır.

Ukraynanın BMT-ki daimi elçisi Vladimir Eleçenko (Volodymyr Yelchenko) bu ərəfədə bildirimişdi ki, Vitali Çurkinin BMT-ki rolunu şişirtmək istəməzdi.

Qeyd edək ki, Vitali Çurkin fevralın 20-də doğum gününə bir gün qalmış Nyu York-da 65 yaşında vəfat edib.

Hazırda fevralın sonunadək BMT-nin təhlükəsizlik şurasına Ukrayna sədrlik edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG